Futbol / Çempionlar Liqası
09:01
13.03.2025
96
Sabiq FIFA referisi Eduardo Qolsales UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" və "Real" arasında keçirilmiş cavab oyuunndakı mübahisəli epizodu şərh edib.Sport1.az xəbər verir ki, o, bu barədə "Diario AS" nəşrinə açıqlama verib.
"Top ələ dəysə belə, bu vəziyyətdə cərimə olmamalıdır. Bu, əlin təbii mövqeyidir".Qeyd edək ki, "Atletiko" əsas vaxtda 1:0 hesablı qələbə qazanıb. Penaltilər seriyasında "Real" daha dəqiq olub - 4:2. Birinci hissənin 20-ci dəqiqəsində "kral klubu"nun oyunçusu Vinisius Junior topu rəqibin cərimə meydanına göndərib. Top rəqib futbolçu Culiano Simeonenin əlinə toxunub. Matçın baş hakimi Şimon Marçinyak penalti təyin etməyib.
Sport1.az