Misli Premyer Liqasının 25-ci turunun ikinci oyununda "Sumqayıt" "Qarabağ"ı qəbul edib.Sport1.az xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda əsas məsələ "Sumqayıt"ın qol vurub-vurmaması idi. "Kimyaçılar" bu görüşə qələbə qazanmaq üçün yox, fərqlənmək arzusu ilə çıxmışdılar. Lakin bu görüşdə də bunu bacarmadılar.
Maraq üçün bildirək ki, Vaqif Cavadovun komandası Premyer Liqada sonuncu dəfə 16-cı turda "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada qol vurub. Uğursuzluq seriyası isə "Qarabağ"la başlayıb. 17-ci turda Ağdam təmsilçisi "Gənclik şəhəri" təmsilçisini 5:0 hesabı ilə məğlub edib.
“Sumqayıt” – “Qarabağ” 0:2
Qollar: Kadi Borges, 31 (0:1). Leandro Andrade, 38 (0:2)
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR hakimi: Kamal Umudlu
VAR hakiminin köməkçisi: Rahil Ramazanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 19:30.
Sport1.az