Misli Premyer Liqasında 25-ci turun təyinatları açıqlanıb. Sport1.az xəbər verir ki, turun əsas görüşü "Səbail" və "Şamaxı" klubları arasında keçiriləcək. Autsayderlərin duelini Əliyar Ağayev idarə edəcək. "Turan Tovuz" - "Zirə" matçında Elçin Məsiyev, "Sabah" - "Araz-Naxçıvan" oyununda isə Rəvan Həmzəzadə söz sahibi olacaq.
3 mart“Səbail” – “Şamaxı”Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
VAR hakimi: Rəşad Əhmədov
VAR hakiminin köməkçisi: Namik Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”, 17:00
“Sumqayıt” – “Qarabağ”Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR hakimi: Kamal Umudlu
VAR hakiminin köməkçisi: Rahil Ramazanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30
4 mart “Turan Tovuz” – “Zirə”Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR hakimi: Nicat İsmayıllı
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu, 17:30
“Sabah” – “Araz-Naxçıvan”Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
VAR hakimi: Tural Qurbanov
VAR hakiminin köməkçisi: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Bank Respublika Arena”, 19:30
5 mart“Kəpəz” – “Neftçi”Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR hakimi: Rauf Allahverdiyev
VAR hakiminin köməkçisi: Asiman Əzizli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz şəhər stadionu, 17:00
Sport1.az