"Neftçi"nin oyunlarını izləyirəm".Bu sözləri
Sport1.az-a açıqlamasında vaxtilə ölkəmizdə “Neftçi”də və “İnter”də (indiki “Şamaxı”) çıxış etmiş Slavço Georgiyevski dedi.
Şimali Makedoniyalı "ağ-qaralar"ın bu mövsümkü çıxışından danışdı. Sabiq futbolçu düşünür ki, "Neftçi" uğur qazanmaq istəyirsə, uğurlu strategiya qurmalıdır:
"Bunun üçün ən azı üç il yerli oyunçulara, eləcə də gənc əcnəbi futbolçulara üstünlük verilməlidir. Hazırda bunu etməyə ehtiyac duymurlar. Samir Abasovun gəlişindən sonra irəliləyiş var. Komanda son üç matçda iki qələbə qazanıb və bir məğlubiyyət alıb. Yalnız "Qarabağ"a uduzublar. Lakin rəqabətədavamlı kollektiv qurmaq üçün oyun üslubu yenilənməlidir. Bu zaman "Neftçi" əvvəlki gücünə qayıdacaq. Akademiyada olan futbolçulardan daha çox istifadə etmək lazımdır".Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasında 24 turdan sonra topladığı 27 xalla 6-cı pillədə qərarlaşıb.
Sport1.az