Bu gün Misli Premyer Liqasının 25-ci turunda "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi görüşə ciddi itki ilə çıxacaq. Kevin Medina cəzalı olduğu üçün qarşılaşmada iştirak etməyəcək.
Kolumbiyalı müdafiəçi Premyer Liqanın 23-cü turunda "Neftçi" ilə görüşün 22-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydanı tərk etmişdi. Daha sonra AFFA İntizam Komitəsi 31 yaşlı futbolçunun 2 oyunluq cəzalandığını açıqlamışdı. Həmin müddət "Sumqayıt"la görüşdə başa çatır. Bu səbəbdən də Medina bu günkü görüşdə meydana çıxmayacaq.
Qeyd edək ki, müdafiəçi cari "futbol ili"ndə "Qarabağ"ın heyətində 24 qarşılaşmada 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Sport1.az