Azərbaycan Kubokunun yarımfinalında "Neftçi" "Sabah" ilə üz-üzə gəldi. Oyun 2:1 hesabıyla "bayquşlar"ın qələbəsi ilə yekunlaşdı.
"Ağ-qaralar"ın üzvü Yuri Matias
Sport1.az-a açıqlamasında derbidə məğlub olmalarının səbəbini izah etdi:
"Rəqibimizə çox hörmətlə yanaşırıq. Çətin oyun keçdi. Biz yarımfinal oyununu səbirsizliklə gözləyirdik. Lakin, hər şey istədiyimiz kimi alınmadı. Düzünü desəm, rəqib bizdən daha yaxşı çıxış etdi."Müdafiəçi penaltini yerinə yetirməmişdən öncə Ramil Şeydayevlə top üstündə mübahisə etməsindən də danışdı:
"Demək olar bizdə çox penalti zərbəsi vuran futbolçu yoxdur. Keçən mövsüm mən bir çox dəfə bunu etmişəm. Oyun günü özümü çox yaxşı hiss edirdim. Qarşılaşmada çox şey etmək istəyirdim. Bunu sizə necə izah edim? Bilmirəm. Qolu autizmli fərdlərə həsr etmək istədim. Həmin qoldan sonra autizmli fərdlərə dəstək yazısı olan köynəyi göstərdim. Onlara həm kömək, həm də dəstək olmağa çalışdım".Braziliyalı cavab matçında "Sabah"ı məğlub edəcəklərini düşünür:
"Buna inanıram. Lakin biz qələbə istəyiriksə, həmin oyuna münasibətimizi tamamilə dəyişməliyik. "Sabah" bizi evimizdə məğlub edirsə, biz niyə onları səfərdə udmayaq?Onu bilirəm ki, oyuna ciddi şəkildə hazırlaşmalıyıq. Çünki, görüşün çətin keçəcəyinin fərqindəyik".EMİN ZEYNALLI
Sport1.az