"Oyuna pis başlamadıq. 3 xalı gətirən qolu erkən vurmaq istəyirdik. Epizodlarımızda sonluğu gətirə bilmirik. Bununla bağlı üzərimizdə çox işləməliyik. Zamanımız çox azdır. Mövsümün sonuna qısa bir vaxt qalıb. Buna görə də çox çalışmalıyıq. Əks halda komanda daha da aşağılara doğru gedəcək".Bu sözləri
Sport1.az-a açıqlamasında Araz Abdullayev dedi. "Qaradağ Lökbatan"ın yarımmüdafiəçisi I Liqanın 20-ci turunda "Cəbrayıl"la görüş haqda danışdı. Millimizin sabiq üzvü növbəti matçlara qələbə qazanmaq üçün çıxacaqlarını söylədi:
"İndiki vəziyyətdə bütün çıxacağımız oyunlar finala bərabərdir. Komanda olaraq bunu dərk etməliyik. Qarşıdakı oyunlarda yaxşı çıxış etmək lazımdır. Növbəti görüşlərə qələbə üçün meydana çıxacağıq. Bəzən şansızlıqlarımız olur. Bunun niyə olduğunu anlaya bilmirəm".EMİN ZEYNALLI
Sport1.az