Misli Premyer Liqasının 24-cü turu davam edir.
Sport1.az xəbər verir ki, günün ikinci matçında "Zirə" "Kəpəz"i qəbul etməli idi.
Qarşılaşma saat 17:00-da start götürməli idi. Lakin əlverişsiz hava şəraiti səbəbindən matç təxirə salınıb.
“Zirə”– “Kəpəz”Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev
VAR hakimi: Cavid Cəlilov
VAR hakiminin köməkçisi: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Zirə İdman Kompleksinin stadionu, 17:00
Sport1.az