Misli Premyer Liqasının 25-ci turunun ilk oyununda "Səbail" "Şamaxı"nı qəbul edib. Sport1.az xəbər verir ki, autsayderlər sırasında qərarlaşan komandaların dueli maraq kəsb edirdi. Qələbə hər iki kollektiv üçün vacib idi.
Qarşılaşma 2:0 hesabı ilə "münəccimlər"in xeyrinə başa çatıb.
Bu komanda cari "futbol ili"ndə 2 dəfə üz-üzə gəliblər. 9-cu turdakı görüşdə Laruçça və Quetanın qolları ilə "dənizçilər" 2:0 hesablı qələbə qazanıb. 17-ci turda keçirilən matçda isə hesab açılmayıb.
Maraq üçün bildirək ki, qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edəcək.
“Səbail” – “Şamaxı” 0:2
Qol: Vasiliye Bakiç, 41 (0:1). Andrey Tirkoveanu, 63 (0:2).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
VAR hakimi: Rəşad Əhmədov
VAR hakiminin köməkçisi: Namik Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Bakı. ASCO Arena. Saat 17:00.
Sport1.az