Türkiyə Super Liqasının 25-ci turunda "Qalatasaray" "Fənərbağça" ilə heç-heçə etdi. Sport1.az xəbər verir ki, qarşılaşmada zədələnərək meydanı tərk edən Viktor Osimhenin durumu bəlli olub.
Bu gün MRT-dən keçən nigeriyalının zədəsinin ciddi olmadığı bilinib. Forvard növbəti görüşlərdə meydana çıxa biləcək.
Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində 26 qarşılaşmada 20 qol vurub, 5 məhsuldar ötürmə edib.
Sport1.az