NTD heyətini yeni basketbolçu ilə gücləndirib. Sport1.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. ABŞ-lı Kevin Allen mövsümün sonuna qədər Bakı təmsilçisində çıxış edəcək. 30 yaşlı basketbolçu son olaraq İordaniyanın “Amman Yunayted” klubunda forma geyinib.
Kevin Allen mərkəz forvard mövqeyində oynayır.
Sport1.az