“Zaqatala” klubunun ev oyunlarını keçirdiyi Zaqatala Olimpiya İdman Kompleksinin stadionu qarla örtülüb.Sport1.az xəbər verir ki, bir neçə gündür bölgəyə yağan qar komandanın məşqlərini keçirməsinə əngəldir. Klub bu barədə rəsmi açıqlama yayaraq, azarkeşlərdən qarın təmizlənməsi üçün kömək istəyib:
"Əziz azarkeşlərimiz Zaqatalaya yağan güclü qar səbəb ilə “Zaqatala Şəhər Stadionu”nun qazonu qarla örtülmüşdür. Bu səbəbdən komandamız məşqləri bərpa edə bilmir. Bu gün saat 13:30-dan ehtibarən klubumuzun üzvləri qarın təmizlənməsinə başlayacaq. Sizdən xahişimiz, bizə dəstək olmağınız və bu çətin prosedurda bizə köməklik etməyinizdir.
Qeyd: Yardıma gələcək hər kəsdən təmizlik avadanlıqlarını özü ilə bərabər gətirməyi xahiş olunur!”
Sport1.az