Avropa Liqasının pley-offunda "Fənərbağça" cavab matçında "Anderlext"lə heç-heçə oynadı - 2:2.Sport1.az xəbər verir ki, İstanbul təmsilçisinin üzvü Yussef En-Nesiri matçın 4-cü dəqiqəsində fərqlənib.
Bununla da mərakeşli forvard mövsüm ərzində 36-cı qarşılaşmada 24-cü qolunu vurub.
27 yaşlı forvard sonuncu dəfə 2020/21-dəki "futbol ili"ndə bu uğura imza atmışdı.
Sport1.az