Tiaqo Bezerra yaxın vaxtlarda Səudiyyə Ərəbistanında komandasını dəyişməyə hazırlaşır.
Sport1.az xəbər verir ki, “Əl-Ula” ilə müqaviləsi gələn mövsümün sonunda başa çatacaq 38 yaşlı braziliyalı forvarda “Əl-Anvar” maraq göstərir. Səudiyyə 1-ci divizion təmsilçisi artıq futbolçunun meneceri ilə ilkin danışıqlara başlayıb.
Qeyd edək ki, Bezerra ötən mövsüm 12 oyunda meydana çıxaraq 4 qola və 2 məhsuldar ötürməyə imza atıb. Maraqlıdır ki, o, 2021/22 mövsümündə “Neftçi”nin heyətində də çıxış edib. Onun hazırkı transfer dəyəri 50 min avrodur.
Sport1.az