"Trabzonspor"un müdafiəçisi karyerasını ölkə daxilində davam etdirə bilər.
Sport1.az xəbər verir ki, 2028-ci ilə qədər müqaviləsi olan Serdar Saatçi ilə "Kayserispor" maraqlanır. Klub, həm futbolçunun meneceri, həm də "Trabzonspor"la razılığa gəlib. 22 yaşlı müdafiəçinin transfer dəyəri 2,5 milyon avrodur.
Qeyd edək ki, o, ötən mövsüm 14 oyunda fərqlənə bilməyib.
Sport1.az