İspaniya klubunun hücumçusu yeni təkliflə qarşılaşıb.
Sport1.az xəbər verir ki, "Alaves"in futbolçusu Xoakin Paniçelli ilə Fransa klubu "Lans" maraqlanır. 2029-cu ilə qədər müqaviləsi olan 22 yaşlı hücumçunun transfer dəyəri 7 milyon avrodur.
Qeyd edək ki, argentinalı oyunçu ötən mövsüm icarə əsasında oynadığı "Mirandes"in heyətində 44 oyunda 21 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
Sport1.az