"Samsunspor" isveçli hücumçunun transferi üçün danışıqlara başlayıb.
Sport1.az xəbər verir ki, "Ekselsior" klubunun gənc hücumçusu Riçi Omorov yaxın vaxtlarda komandadan ayrılmağa hazırlaşır. Almaniyada doğulan 21 yaşlı futbolçu ilə Türkiyənin "Samsunspor" klubu maraqlanır. Klub artıq futbolçunun meneceri ilə təmasa keçib. Omorovun transfer dəyəri 500 min avrodur. O, ötən mövsüm 30 oyunda 11 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az