Berkan Kutlunun karyerasını İspaniyada davam etdirmək ehtimalı var.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi ilə müqaviləsi gələn mövsümün sonunda başa çatacaq 27 yaşlı yarımmüdafiəçiyə “Espanyol” maraq göstərir. Kataloniya klubu futbolçunun meneceri ilə artıq danışıqlara start verib.
Qeyd edək ki, Berkan Kutlu ötən mövsüm “Qalatasaray”ın heyətində 42 oyuna çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı transfer dəyəri 3,2 milyon avro təşkil edir.
Sport1.az