Portuqaliya çempionatının 33-cü turunda liderlər üz-üzə gəlib.Sport1.az xəbər verir ki, “Benfika” “Sportinq”i qəbul edib.
Görüşdə hesabı 4-cü dəqiqədə Fransisko Trinkaonun qolu ilə qonaqlar açıb.
Meydan sahiblərindən isə Kerem Aktürkoğlu 63-cü dəqiqədə fərqlənməklə oyuna tarazlıq gətirib.
Oyun bu hesabla başa çatıb - 1:1
Sport1.az