İngiltərə Premyer Liqasının XXXV turu çərçivəsində “Mançester Yunayted” səfərdə “Brentford” ilə qarşılaşıb.
Sport1.az xəbər verir ki, qarşılaşmada qapılara 7 qol vurulub.
Oyunda hesabı 14-cü dəqiqədə Meyson Mount açıb. 27-ci dəqiqədə Luk Şou avtoqol müəllifi olub. 33-cü dəqiqədə meydan sahibləri önə keçib. Kevin Şade 70-ci dəqiqədə dubl edərək fərqi iki topa yüksəldib. 74-cü dəqiqədə Yoan Vissa “qırmızı şeytanlar”ın qapısına yol tapmaqla komandasının üstünlüyünü möhkəmləndirir. 82-ci dəqiqədə Alekander Qarnaço qolu ilə Mançester klubunu ümidləndirir. Əsas vaxta əlavə edilmiş 5-ci dəqiqədə Amad Diallo fərqlənsə də qonaqların daha artığına gücü çatmır.
Beləliklə oyun “Brentford”un qələbəsi ilə başa çatır - 4:3.
Sport1.az