İtaliya A Seriyasının XXXV turu çərçivəsində “Milan” səfərdə “Cenoa” ilə qarşılaşıb.Sport1.az xəbər verir ki, 61-ci dəqiqədə Vitinyanın qolu ilə meydan sahiblərinin hesabı açdığı oyunda “rossonerilər” dönüş edib.
Əvvəlcə 76-cı dəqiqədə Rafael Leao matça tarazlıq gətirib. 1 dəqiqə sonra isə Morten Frendrapın avtoqolu yekun hesabı müəyyənləşdirib.
“Milan” qələbə qazanıb - 1:2.
Sport1.az