Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniya çempionatında növbəti qollarını vurub.
Sport1.az xəbər verir ki, II Bundesliqada çıxış edən “Nürnberq”in formasını geyinən 28 yaşlı hücumçu XXX turun “Paderborn”la ev görüşündə fərqlənib.
O, matçın 2-ci dəqiqəsində hesabı açıb. Lakin “Nürnberq” üstünlüyünü qoruya bilməyərək üç top buraxıb. Mahir uzatma dəqiqələrində dublunu rəsmiləşdirsə də komandası 2:3 hesabı ilə uduzub. Mahir bu görüşü əvəzolunmadan meydanda olub.
Qeyd edək ki, 30 oyunda 44 xal toplayan “Nürnberq” turnir cədvəlində 8-cidir. ----------------------------- 15:33. Mahir Emreli "Nürnberq"in hryətində növbəti qolunu vurub.
Sport1.az xəbər verir ki, millimizin üzvünün komandası II Bundesliqanın XXX turunda "Paderborn"la qarşılaşır.
Qarşılaşmada hesabı 2-ci dəqiqədə Mahir Emreli açıb.
Hazırda davam edən görüşdə hesab bərabərdir - 1:1.
Qeyd edək ki, bu, 27 yaşlı hücumçunun II Bundesliqada vurduğu 6-cı qol olub. O, daha bir dəfə Almaniya Kubokunun oyununda fərqlənib.