Bu gün saytımızda "Gecə saat 2-də iclas keçirildi, futbolçular cərimələndi" başlıqlı məqalə dərc olunub.Məlumatda "Baku Sportinq"in "Zaqatala"ya 1:6 hesabı ilə uduzmasının klub rəhbərliyi tərəfindən ciddi narazılığa səbəb olduğu qeyd olunub.
Yaydığımız informasiyanı olduğu kimi diqqətinizə çatdırırıq:
"Dünən Zaqatalada yerli komanda "Baku Sportinq"i darmadağın edib - 6:1. Bu məğlubiyyət Bakı təmsilçisinin rəhbərliyində ciddi narazılığa səbəb olub. Belə ki, dünən gecə saat 02:00-da Buzovnada "Baku Sportinq"in icraçı direktoru Hüseyn Rzayev məşqçilər heyəti və futbolçularla iclas keçirib. Klub rəsmisi komandanın son 2 matçda böyükhesabla məğlub olmasının səbəbini soruşub. İclasda qərar qəbul olunub ki, futbolçular 300 manat cərimə olunsunlar. I Liqada mövsümün sonuna qədər hansı oyunçu fərdi səhv etsə, daha sərt cəzalandırılıcaq".Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Araz Əhmədov
Sport1.az-a açıqlama verdi:
"Saytınızda gedən məlumat doğrudur. Amma bəzi yanlışlıqlar var. Zaqataladan birbaşa bazaya - Buzovnadakı "Baku Sportinq Arena"ya qayıtdıq. Xüsusi iclas olmadı. Toplantı idi. İcraçı direktorumuz Hüseyn Rzayev də iştirak etdi. Böyükhesablı məğlubiyyətin səbəbi baş məşqçi və futbolçulardan soruşuldu. Onlar da öz fikirlərini bildirdi. Qapıçı ilk dəqiqələrdən qırmızı vərəqə aldı, erkən qol buraxdıq. İkinci hissənin əvvəllərində yenə top buraxdıq. Üstəlik qapımıza olmayan penalti verildi. Yəni, oyunun belə nəticə ilə başa çatmasının səbəbi həm baş məşqçidən, həm də futbolçulardan soruşuldu. Amma heç bir futbolçu cərimə olunmayıb. Sadəcə, oyunçulara deyilib ki, toparlanmaq lazımdır. Qalan 6 oyunda yaxşı nəticələr göstərilməlidir. Komanda çempionatın sonuna kimi 4-cü yer uğrunda vuruşmalıdır".
Sport1.az