İtaliya nəhəngi cinah oyunçusunu transfer siyahısından çıxara bilər.
Sport1.az xəbər verir ki, 2028-ci ilə qədər müqaviləsi olan Teydcon Byukenənlə “Vilyareal” və “Sassuolo” maraqlanır. 26 yaşlı futbolçunun transfer dəyəri 6 milyon avrodur.
Qeyd edək ki, ötən mövsümü “Vilyareal”da icarə əsasında keçirən Byukenən 20 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az