“Tottenhem”in üzvü Timo Verner karyerasını Türkiyədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, "Beşiktaş" almaniyalı ilə yaxından maraqlanır. Artıq rəhbərlik futbolçunun keçidi ilə bağlı baş məşqçi Sulşerdən müsbət cavab alıb. "Ağ-qaralar" oyunçunun agenti ilə danışıqlara başlayıb. Almaniyalının hazırda transfer dəyəri 7 milyon avrodur.
Qeyd edək ki, Verner bu mövsüm meydana çıxdığı 27 oyunda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az