“Real Madrid” heyətini ulduz futbolçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, paytaxt təmsilçisi Trent Aleksander-Arnoldun transferini reallaşdırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli oyunçu ilə 2031-ci ilin iyun ayına qədər müqavilə imzalanıb.
26 yaşlı müdafiəçinin keçidi “Real”a 10 milyon avroya başa gəlib.
Qeyd edək ki, Arnold 2024/25 mövsümündə “Liverpul” forması ilə 44 oyuna çıxıb və 4 qola, 8 məhsuldar ötürməyə imza atıb.
Sport1.az