Lukaş Qradeskinin karyerasını Fransada davam etdirməsi gündəmdədir.
Sport1.az xəbər verir ki, Almaniya təmsilçisi ilə gələn mövsümün sonunda müqaviləsi başa çatacaq finlandiyalı qapıçı ilə “Monako” yaxından maraqlanır. 35 yaşlı qolkiperin hazırkı transfer dəyəri 2 milyon avrodur.
Qeyd edək ki, Qradeski ötən mövsüm meydana çıxdığı 35 oyunda 6 dəfə qapısını toxunulmaz saxlayıb.
Sport1.az