"Nyukasl Yunayted"in digər qapıçısı Nik Poup da yayda komandanı tərk edə bilər.
Sport1.az xəbər verir ki, müqaviləsi gələn mövsümün sonunda başa çatan futbolçu ilə "Lids Yunayted" və "Börnli" maraqlanır. 33 yaşlı qolkiperin hazırda transfer dəyəri 8 milyon avrodur.
Qeyd edək ki, o, ötən mövsüm 32 oyunda 9 dəfə qapısını toxunulmaz saxlayıb.
Sport1.az