"Fənərbağça" bir futbolçusu ilə yolları ayırmaq niyyətindədir.Sport1.az xəbər verir ki, söhbət icarə əsasında İstanbul təmsilçisində çıxış edən Sofyan Amrabatdan gedir.
"Fiorentina"ya məxsus mərakeşlinin dəyəri 13 milyon avrodur. Yarımmüdafiəçinin ötən mövsüm effektiv çıxış etməməsi "Fənərbağça" rəhbərliyinin transferdən imtina etməsinə səbəb olub.
Qeyd edək ki, Amrabat "sarı-lacivərtlilər"in heyətində 43 matçda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.
Sport1.az