Almaniyanın "Bavariya" klubunds çıxış edən hücumçu Harri Keyn İngiltərə yığmasında 71-ci qoluna imza atıb.Sport1.az xəbər verir ki, 31 yaşlı forvard DÇ-2026-nın seçmə mərhələsində Latviya ilə oyunda adını tabloya yazdırıb.
O, yığmasının ən yaxşı bombardiridir. Keyn 104 matçda 71 qola sevinib.
Maraqlıdır ki, daha bir nəhəngin - Almaniya millisinin bombardiri Miroslav Kloze də eyni sayda qol vurub. Amma Keynin çatdığı almaniyalı 137 oyunda 71 dəfə fərqlənib.
Qeyd edək ki, İngiltərə Latviyanı 3 cavabsız qolla məğlub edib
Sport1.az