"Bavariya" "Bayer"in hücumçusu Patrik Şiklə maraqlanır.Sport1.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Münhen klubu çex hücumçunu Harri Keynin əvəzedicisi kimi nəzərdən keçirir. 29 yaşlı futbolçunun nümayəndələri ilə prinsipcə əməkdaşlıq imkanları müzakirə olunur.
"Bayer" Keyni 25 milyon avroya satmağa hazırdır, lakin bu təklifin Leverkuzen klubunun birbaşa rəqibi olan "Bavariya"ya da şamil olunub-olunmadığı məlum deyil.
Şik cari Bundesliqada 29 oyunda 19 qol vurub və yalnız Keynin (24 qol) gerisində qalır.
Sport1.az