Harri Keyn İngiltərə yığmasında yubiley qoluna imza atıb.Sport1.az xəbər verir ki, 31 yaşlı hücumçu DÇ-2026-nın seçmə mərhələsində Albaniya ilə oyunda (2:0) 70-ci qolunu vurub.
Keyn İngiltərə millisinin tarixində ən məhsuldar futbolçudur. Bu göstəriciyə görə Ueyn Runi 53 qolla ikinci, Bobbi Çarlton isə 49 qolla üçüncüdür.
Qeyd edək ki, Keyn 2015-ci ildən İngiltərə millisində çıxış edir. O, ötən il bu komandada 100 oyun səddini də adlayıb.
Sport1.az