Təcrübəli hücumçu Harri Keyn mövsümün sonunda İngiltərə dönəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.
Sport1.az xəbər verir ki, o, "Bavariya"da özünü xoşbəxt hiss etdiyini deyib.
Bir neçə gün əvvəl 33 yaşlı forvardın "Liverpul"a keçmə ehtimalının yüksək olduğu bildirilib. Keyn bu şayiələrin haradan yarandığına təəccübləndiyini və Münhen klubunda özünü xoşbəxt hiss etdiyini vurğulayıb.
Sport1.az