Futbol / Çempionlar Liqası
17:07
13.03.2025
139
İngiltərənin "Arsenaı" klubunun futbolçusu Rahim Sterlinq UEFA Çempionlar Liqasında (ÇL) yeni nailiyyətlərə imza atıb.
Sport1.az xəbər verir ki, 30 yaşlı hücumçu buna PSV ilə heç-heçə etdikləri 1/8 final mərhələsinin cavab oyununda məhsuldar ötürmələr etməklə nail olub.
Sterlinq qitənin bir nömrəli klub turnirində dörd fərqli klubda ən azı bir qolun vurulmasında yaxından iştirak edən ilk ingiltərəli oyunçudur.
Bundan əlavə, o, ÇL-də 45 qolun (27 qol, 18 assist) vurulmasında pay sahibi olub. Həmyerlilərindən yalnız Devid Bekhem (52), Harri Keyn (50) və Ueyn Runi (47) onu qabaqlayır.
Sport1.az