1996-cı il Dünya Çempionu Deymon Hill "Ferrari" komandasının sürücüsü Lyuis Hamiltonun İtaliya kollektivi ilə səkkizinci dəfə çempionluq titulunu qazanması ehtimalından danışıb .
Sport1.az xəbər verir ki, keçmiş pilot "The Telegraph"a bunları söyləyib:
"Düşünürəm ki, biz son fəsilə baxırıq. Həqiqətən də sübut edəcək heç nə qalmayıb. Amma düzünü desək, onun "Ferrari" ilə səkkizinci çempion titulunu qazanmaq şansı azdır. İdmanda zaman-zaman gördüyümüz hekayələrdən biri olardı. Tayqer Vuds 2019-cu ildə Masters yarışını bir ayaqla qazandı. Niki Lauda ölümcül qəzadan qayıtdı. Eyni səviyyəli hekayə olardı. Belə bir şey ola bilərmi? Mən bunun tamamilə qeyri-mümkün olduğunu düşünmürəm".
Xatırladaq ki, cari mövsüm Hamiltonun "Ferrari" də debütüdür.
Sport1.az