Almaniya təmsilçisi “Bavariya” heyətini yeni qapıçı ilə gücləndirmək niyyətindədir.
[b]Sport1.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Münhen təmsilçisi İngiltərənin "Brayton" klubundan Bart Verbryuggeni heyətinə qatmağı planlaşdırır. Bundesliqanın hazırkı lideri gənc qolkiperə görə İngiltərə klubuna 72 milyon avro təklif etməyə hazırdır.
“Bavariya” 22 yaşlı oyunçunu 38 yaşlı Manuel Noyerin uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirir.
Niderlandlı qapıçının “Brayton”la müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Sport1.az