Leandro Qodoy karyerasını Azərbaycanda davam etdirə bilərmiş.Sport1.az xəbər verir ki, "Bereo"nun üzvü ilə "Qarabağ" yaxından maraqlanıb.
Bu barədə məlumatı "Telegraph.bg" yayıb. İnformasiyaya görə, bolqarlar forvard üçün 2 milyon avro istəyiblər. Lakin tərəflər məbləğdə razılaşmayıblar.
Qeyd edək ki, "Qarabağ”la yanaşı, Moskva “Lokomotiv”i və Birləşmiş Ərəb Əmirliklərinin “Şarja” klubu da 24 yaşlı futbolçunun transferində maraqlı olub.
Sport1.az