Millimizin üzvü debüt etdi, komandası qələbə qazandı - VİDEO
Dünən Ukrayna Premyer Liqasında 18-ci turun oyunlarına start verilib.
Sport1.az xəbər verir ki, "Kolos" "Çernomorest"lə qarşılaşıb.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin üzvü Emil Mustafayev bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan yarımmüdafiəçi yeni klubunda debüt edib. O, 88-ci dəqiqədə Kaio Qomeslə əvəzlənib.
Qeyd edək ki, qələbə sayəsində xallarının sayını 15-ə çatdıran Odessa klubu turnir cədvəlində 14-cü pilləyə yüksəlib.