Vanda Nara və Mauro İkardinin boşanma prosesi martda başlayacaq.Sport1.az xəbər verir ki, məlumatı "Corriere della Sera" yayıb. Martın 11-də "Qalatasaray"ın hücumçusu vəkil Valeriya De Vellisin müşayiəti ilə boşanma prosesinin ilk məhkəmə iclasında iştirak etmək üçün İtaliyaya yollanacaq.
Vanda Nara işin Buenos-Ayresdə mühakimə olunmasını israr edirdi. Lakin sonda məhkəmə prosesinin Milanda keçirilməsi ilə razılaşdı. Vanda Naranın özü və iki qızının rahat yaşaması üçün İkardidən aylıq 500 min avro tələb edir.
Qeyd edək ki, cütlük 11 il evli olub.
Sport1.az