Vinisius Junior karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Sport1.az xəbər verir ki, bu məlumatı "Relevo" yayıb. Ərəblər transfer üçün "Real"a 300 milyon avro ödəməyə hazırdır. Braziliyalı isə 5 il müddətində 1 milyard avro qazanc əldə edəcək.
Maraq üçün bildirək ki, Vinisiusun sərbəst qalmaq dəyəri 1 milyard avrodur. Ərəblər bundan da istifadə etmək niyyətindədirlər.
Sport1.az