Yeni mövsümdən "Region Liqası"nda çıxış edəcək "Sabirabad" özünə sponsor tapıb.
Sport1.az xəbər verir ki, rayonda fəaliyyət göstərən "Omega Hospital" bundan sonra komandaya dəstək olacaq. Bununla bağlı klubun mətbaut xidməti məlumat yayıb.
Bununla bağıı tərəflər arasında müqavilə bağlanıb. Sponsorun tapılmasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rayon nümayəndəliyi böyük rol oynayıb.
Qeyd edək ki, "Omega Hospital" Sabrirabadda ən böyük tibb mərkəzi sayılır.
Sport1.az