Misli Premyer Liqasının 25-ci turunda "Sumqayıt" "Qarabağ"a məğlub oldu - 0:2.Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların çalışdırıcısı Qurban Qurbanov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis qələbə haqda bunları söylədi:
"Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. Soyuq havada yol gəlmişdilər, əziyyət çəkmişdilər. Lazımi qələbə qazandıq. "Sumqayıt"ı təbrik edirəm. Sona kimi mübarizə apardılar. Azarkeşlərə təşəkkür edirəm. Hər iki komandanın fanatları sona kimi dəstək oldular. Yeni mövsümün komandası haqda düşünmürəm. Bütün oyunçuları oynatmaq istəyirəm. Mənim üçün şansdır ki, oynamayan futbolçuların potensialına bələd oluram".
Sport1.az