NBA-da "Los Angeles Lakers" "Los Angeles Clippers"i 108:102 hesabı ilə məğlub edərək ardıcıl 6-cı qələbəsini qazanıb. Sport1.az xəbər verir ki, Qərb Konfransının ikinci pilləsində qərarlaşan meydan sahiblərinin heyətində Luka Donçiç 29 xal və 9 məhsuldar ötürməsi ilə yadda qalıb.
"Lakers"də LeBron Ceyms 17 xal, Dalton Knext isə 19 xalla mövsümün 38-ci qələbəsində mühüm rol oynayıb.
Sport1.az