Liqa 1-in 24-cü turunun “Lion” – “Brest” matçı qalmaqalla yekunlaşıb. Sport1.az xəbər verir ki, qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılan meydan sahibinin baş məşqçisi Paulu Fonseka qeyri-idman hərəkəti ilə yadda qalıb.
Matçın son dəqiqələrində baş hakim Benua Mill uyğunsuz davranışa görə məşqçini qırmızı vərəqə ilə cəzalandırıb. Ancaq portuqaliyalı mütəxəssis meydanı tərk etmək əvəzinə, daha da qəzəblənib. O, cəld hakimə tərəf qaçıb və aqressiv reaksiya nümayiş etdirib.
Sport1.az