I Liqada çempionluğu təmin edən "Qəbələ"də üzlər gülür.Sport1.az xəbər verir ki, bölgə təmsilçisi Premyer Liqaya iddialı dönmək niyyətindədir. Klub rəhbərliyi indidən yeni mövsümün hazırlıqlarına başlayıb. Bunun üçün ilkin addım da atılıb. Bölgə təmsilçisi özünə yeni sponsor tapıb.
"Qəbələ" ölkənin ən məşhur qida markalarından olan SAB ilə razılıq əldə edib. Şirkət klubun yeni tərəfdaşlarından olacaq. Yaxın günlərdə tərəflər arasında müqavilə imzalanacaq.
İLKİN SULTANLI
Sport1.az