Ölkənin 2 köklü komandasının duelidir.
Biri Çempionlar Liqasının, digəri Avropa Liqasının qrup mərhələsinə ilk dəfə vəsiqə qazanmış kollektivdir. "Qarabağ" 11, "Neftçi" 9 dəfə Azərbaycan çempionatının qalibi olub.
Ölkənin ən istedadlı məşqçiləri yenidən üz-üzə gəlirlər. Bu gün Premyer Liqanın qalibi olmağı bacaran mütəxəssislərin duelini izləyəcəyik.
Meydana çıxacaq rəqiblər ölkənin ən çox azarkeş kütləsinə malikdirlər. Bu, söz olaraq qalacaq? Yoxsa fanatlar Premyer Liqanın bu mövsümkü azarkeş rekordunu yeniləyəcəklər?
Gözəl hava, ideal zaman, möhtəşəm arena. Futbol izləmək üçün başqa nə lazımdır? Gəlin, sonuncu dəfə 10 komanda ilə keçirilən Premyer Liqamızın ən maraqlı görüşünə maraq qataq. Onu daha da gözəlləşdirək. Çünki futbol azarkeşlərlə daha maraqlıdır. Çünki bu, təkcə "Qarabağ" - "Neftçi" matçı deyil...
İLKİN SULTANLI
Sport1.az