14:34 21.04.2025 157

Ehtiram Quliyev: "Yaxın 3 ildə avrokuboklarda ən azından pley-off oynamağı düşünürük"

"Turan Tovuz"un Kürdəxanıdakı təlim-məşq bazasının açılışı olub.

Sport1.az xəbər verir ki, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev tədbir zamanı jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün futbol ictimaiyyəti üçün, xüsusən də "Turan Tovuz" üçün çox əlamətdar gündür. Bu, komandamızın nailiyyətləri üçün çox önəmli mərhələdir. Təbii örtüklü meydançada məşq edə bilmək, oyunlara hazırlaşmaq komandanın işini asanlaşdıracaq. Bura 5 hektarlık ərazidir. Daha iki meydançanın salınması və otel kompleksinin inşası nəzərdə tutulub. Baza "Huner Group" tərəfindən inşa olunub "Turan Tovuz" klubunun istismarına veriləcək. Bunu gələcəkdə bəzi xərclərə qənaət etmək üçün bir mərhələ olacaq görürük. Biz keçici nailiyyətləri yox, struktur nailiyyətləri düşünürük. Bu ilin yay aylarında Tovuzda da meydançaların salınmasına başlayacağıq.

- Başqa klublar bu bazanı icarəyə götürmək istəsə, buna icazə verəcəksiz?
- İlkin mərhələdə nəzərdə tutulmur. Biz dayanıqlı inkişaf planlaşdırmışıq. İki meydança da salınacaq, otel inşa olunacaq, burada əməkdaşlar çalışacaq. Xərcləri çıxarmaq üçün buranı digər klubların da istismarına verəcəyik. Bir çox klubumuz bu imkanlardan faydalanacaq.

- Strateji planlarda "Turan Tovuz"un avrokuboklarda iştirakı hansı illərdə nəzərdə tutulub?
- Yaxın 3 ildə ən azından avrokuboklarda pley-off oynamaq, mümkün olsa, qrup mərhələsində iştirak etməyi düşünürük. Maddi-texniki bazamız o qədər geniş deyil. Tovuzda baxanın, buradakı təlim-məşq bazasının inşasına böyük xərclər gedib. Çıx asanlıqla bu pulu oyunçulara verməklə nailiyyətlər əldə edə bilərdik. Amma biz o yolu seçmədik. Hədəflərimizə doğru addım-addım irəliləyəcəyik. Artıq növbəti mərhələ haqda düşünməyin vaxtıdır.

- Çox tələsən tovuzlu azarkeşlər var. Sizcə, onlar səbr edəcək?
- Bəli, səbr edəcəklər. "Turan Tovuz" azarkeşləri qələbədə də, məğlubiyyətdə də komandanın yanındadır. Komanda 9 il Premyer Liqada iştirak etmədi, amma onların sevgisi azalmadı. Heç bir şübhəmiz yoxdur, azarkeşlərimiz yanımızdadır.

- "Turan Tovuz" Bakıda məskunlaşacaq, yoxsa Tovuzda?
- Tovuzda meydançaları istismara verəndən sonra komanda Bakıda məskunlaşmayacaq. Hazırda Tovuz şəhər stadionunun əsas meydançasının ot örtüyü sünidir. Orada bütün komandalarımız məşq edir. Bir neçə meydança lazımdır. Yay aylarından etibarən infrastruktur layihələrinə mərhələli şəkildə başlayacağıq. Layihə tam bitəndən sonra tamamən orada olacağıq. Gələn ildən Premyer Liqaya yeni bölgə klubları gələcək. Bu da bizim Bakıda az vaxt keçirməyimizə səbəb olacaq.

- Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsinə AFFA dəstək olacaq?
- Şəxsi vəsaitimiz hesabına etməyi nəzərdə tuturuq. Çünki vaxtımız yoxdur. AFFA-nın görüləsi işləri çoxdur. Strateji plandan sonra bizə kimsə bir söz demədi. Qərar qəbul etdik ki, daxili imkanlar hesabına bu işi görək.

- Akademiyanızın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Hazırda akademiyada 500-ə yaxın uşaq məşq edir. 50-dən çox uşaq 24 saat klubun bazasında qalır. Yaxın bölgələrdən Ağstafada, Tovuzun bir neçə kəndində futbol akademiyaları açmışıq. Biz özümüzə tək Tovuzun yox, bütün Qərb bölgəsinin komandası olaraq görürük. Nəinki qərbin, bütün Azərbaycanın komandasıyıq. Ona görə də xalqın komandası addım-addım istədiyimiz mərhələyə gələcək. (Sportal.az)
Sport1.az
Hadisələri telegramda anında izləyin!
Keçid et
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:51

Qleyzerlər "Mançester Yunayted"i satır – Turki Əl-Şeyx ümidlidir

16:36

“Çelsi” Kənan Yıldız üçün yeni təklif hazırlayır

16:18

İbrahimoviç: “Milanı heç kim dəyişə bilməz, amma "Milan" sizi dəyişə bilər”

15:56

"Bavariya"dan Şlotterbek planı

15:41

"Desək ki, mübarizə apararaq xal götürəcəyik, yalan və absurd olar" - AÇIQLAMA

15:14

Bəhmən Həsənov : "Biz Ayxan Abbasova inanırıq" - AÇIQLAMA

14:54

"Arsenal"ın Kenan Yıldız planları

14:33

Platini: "FİFA prezidenti olsaydım, VAR heç vaxt yaranmazdı"

14:10

İdmançılarımız dünya çempionatında çıxış edəcəklər

13:52

Fransa mətbuatı Ayxan Abbasovdan yazdı

13:40

Yığmamız Ermənistanla qarşılaşacaq

13:24

Millimizin Fransa ilə oyununu yayımlayacaq kanal

12:54

La Liqa klubunun yeni baş məşqçisi məlum oldu

12:32

Azərbaycan Kuboku: I təsnifat mərhələsinə yekun vurulur

12:18

Qnabri: “Bütün diqqətimi oyunuma yönəltmişəm”

11:52

“Monako”nun sabiq baş məşqçisi Rusiyada işləyə bilər

11:28

"Fənərbağça" sabiq futbolçusunu qaytarmaq istəyir

11:12

U-21 millimiz Çexiya ilə üz-üzə

10:54

“Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

10:28

Əlcəzair DÇ-2026-ya vəsiqə qazandı

10:11

Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulur

09:54

Fransa Azərbaycana qarşı - YENİLƏNİR

09:53

Niderlandlı hücumçu “Mançester Yunayted”də qalmaq istəmir

09:32

Kyeza milliyə dəvəti niyə qəbul etməyib?

09:14

İbrahimoviç çalışmaq istədiyi məşqçilərin adını açıqladı

23:54

Keyn millinin iki oyununu buraxacaq

23:32

Ceyms Tarkovski “Everton”da qalacaq

23:11

"Strasburq" Fabio Karvalyonu izləyir

22:54

“Yuventus”un Tonali üçün yeni transfer planı

22:37

“Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq" - Bəhlul Mustafazadə

22:16

Ayxan Abbasov: “Fransaya qarşı oynamaq özü motivasiyadır”

21:56

Anna Blinkova Uhan turnirinin əsas mərhələsinə yüksələ bilmədi

21:16

Salahdan yeni rekord

21:12

Tomas Volkup ən azı üç həftə yaşıl meydanlardan kənarda qalacaq

20:54

Lebron Ceyms Luka Donçiçin irəliləyişini qiymətləndirib

20:34

Valentin Vaçerot Şanxay Masters yarımfinalına yüksəldi

20:15

Harri Keyn Uelslə oyunu buraxacaq

19:58

Tuxel İngiltərə yığmasında Bellinqhem, Foden və Qrilişin yoxluğunu izah edib

19:35

Kapello: “İtaliyada futbolun keyfiyyəti aşağı düşüb”

19:13

Alleqri Rafael Leaunu tənqid etdi

18:52

"Milan"ın futbolçusu İtaliyada ən yaxşı seçildi

18:27

Millimiz Özbəkistanla heç-heçə etdi

18:12

"Napoli"də itkilər

17:54

Müslüm Kagermanov: “Almaniyada rusofobiya hiss etmirəm”

17:34

Cerrard sabiq klubuna qayıda bilər

17:13

La Liqa klubu baş məşqçi ilə yollarını ayırdı

16:54

"İnter Mayami" Albanı onunla əvəzləyəcək

16:27

Azərbaycan Kubokunda 4 komanda mərhələ adladı

16:13

Maquayr qərarını verdi

15:56

Rişarlison MLS klubunun hədəfində

15:24

AFFA "Zirə"nin futbolçusunu, "Neftçi"nin məşqçisini cəzalandırdı

15:11

"Azərbaycanın heyətində “Qarabağ”ın 7 futbolçusu var" - Didye Deşam

14:54

"Azərbaycan millisi ilə oyuna ciddi yanaşmalıyıq" - Mbappe

14:32

Tuxel: “Keyn Qızıl topda daha yüksək yeri tutmalı idi”

14:03

AFFA-nın qurduğu sistemin fiaskosu - YAZI

13:56

"Monako"da yeni baş məşqçi

13:32

Şesni: "Narahat olmalı bir şey yoxdur"

13:12

"Qalatasaray"dan İkardi üçün son cəhd

12:28

Miles MakBrayd: “Karyeramın sonuna qədər "Niks"də qalmaq istəyirəm”

12:13

Covanni Mpetçi Perrikard top-10 oyunçuya qarşı ilk qələbəsini qazandı

11:54

"Mayamidəki oyun möhtəşəm bir tamaşa olacaq"

11:32

Noyer Almaniya millisinə qayıda bilər

11:17

"Qarabağ" "Çelsi"ni hansı stadionda qəbul edəcək? - RƏSMİ AÇIQLAMA

10:52

Yelena Rıbakina Uhan WTA-1000 turnirində ikinci raunda qələbə qazandı

10:31

PSJ-dən Yamal üçün rekord məbləğdə təklif

09:54

Volkan Dəmirəl Superliqaya qayıdır

09:27

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

09:12

Misir DÇ-2026-ya vəsiqə qazandı

23:52

Lauri Markkanen "Jazz"dan ayrıla bilər

23:28

Türkiyə yığmasının üzvü bu millidə oynaya bilər