2024/25 mövsümündə Region Liqası olduqca maraqlı keçəcək.Sport1.az xəbər verir, cari "futbol ili"ndə çempionluğa namizəd bir neçə klub var. Onlardan biri də "Çinar Zəngilan"dır.
Bölgə təmsilçisi özünə yeni sponsor tapıb. "Trend impuls" klubu maliyyələşdirəcək. Komandanın qarşısına qoyulan əsas hədəf çempion olaraq I Liqaya vəsiqə qazanmaqdır.
Qarabağ təmsilçisi loqosunu da yeniləyib. Bundan əlavə, klub üçün yeni və xüsusi dizaynı olan formalar hazırlanıb.
Komanda Region Liqasında ev oyunlarını "ASK Arena"nın əsas meydanında keçirəcək.
Sport1.az