"Real"ın baş məşqçisi Karlo Ançelotti Kilian Mbappenin "kral klubu"ndakı perspektivləri barədə danışıb.
Sport1.az xəbər verir ki, o, bildirib ki, Mbappe üçün Madrid komandasının tarixinin ən yaxşı oyunçusu adını qazanmaq çətin olacaq. İtalyan mütəxəssis fransalı forvardın portuqaliyalı Kriştianu Ronaldonun əldə etdiyi nailiyyətlərə “Real Madrid”də nail olmasını arzulaya biləcəyini deyib.
Xatırladaq ki, Kilian Mbappe 2024-cü ilin yayında PSJ-dən azad agent kimi “Real Madrid”ə keçib.
Sport1.az