La Liqanın 27-ci turunda "Rayo Valyekano"ya qarşı keçirilən (2:1) oyundan sonra "Real"ın baş məşqçisi Karlo Ançelotti mətbuata müsahibə verib. Sport1.az mütəxəssis ingilis yarımmüdafiəçi Cud Bellinqemin çıxışını şərh edib və qapıçı Tibo Kurtuanın bərpa müddəti barədə danışıb:
"Qapıçımızın kiçik problemləri var. Düşünürəm ki, o, çərşənbə gününə qədər tez bir zamanda bərpa olunacaq.
Bellinqem yaxşı formada qayıtdı. Oyunu pis deyildi. Artıq dediyim kimi birinci hissə mənə çox xoş gəldi, çünki güclü pressinq tətbiq etdik. Topu ələ keçirdikdən sonra hesabı 3:0 edə bilərdik, intensiv və keyfiyyətli oynadıq. İkinci hissədə isə səviyyəmiz bir qədər aşağı düşdü".Qeyd edək ki, Ançelottinin sözlərini klubun rəsmi saytı yayıb.
Sport1.az